• Ваш список
    “Список сравнения” пуст
+99470 449 79 19

B.e.-Ş. 09:00-20:00,
B. 09:00-17:00

Ən faydalı otaq bitkiləri

Ən qədimdən insanlar öz evlərini bitkilər ilə bəzəməyi seviblər, onlarin faydalarını, müalicəvi təsirlərini hiss ediblər.  Bu bitkilər evin havasını təmizləyir, insan orqanizmi üçün faydalı mikro-klimat yaradır. Bilmək lazımdir ki bəzi bitkilər, məsələn kalendula, qeran və ya primula – allerqiya yarada və ya halsızlığa səbəb ola bilər. Bu əlbəttəki bütün insanlara aid deyil. Sadəcə bəzi insanlar var ki, onlar bitkilərə qarşı çox həssasdırlar.

Amma elə bitkilər də vardır ki, onlar ziyan yox, əksinə olduqca  xeyirlidirlər. Müalicəvi bitkilərdən ən xeyirliləri:

1. Aloe (yüzillik);  Bu - antibakterial, anti-iltihab, ödqovucu, yanığa qarşı, yara sağaldan – bir sözlə ev şəfa vericisidir.


aloe4 (700x525, 60Kb)



2. Kalanxoe – ev həkimi sayılır. Onun şirəsi bütün yaraları, iltihabları müalicə edir.


kwiat-kalanchoe-rozowy-1 (700x525, 236Kb)



3. Cövhərnanə - bu bitkinin iyi əsəb sisteminə müsbət təsir göstərir, yorğunluq zamanı sakitləşdir. Bu xüsusilə kompyuter arxasında çox vaxt keçirən insanlar üçün xeyirlidir. Bunun üçün cövhərnanə əkilmiş dibçəyi, və ya içində cövhərnanə olan qabı kompyuterin yaxınlığında qoyub, onun iyini almaq lazımdır.


11 (640x541, 85Kb)



4. Limon – bu bitkini yalnızca meyvələri üçün yetiçdirmək lazım deyil. Limon ağacının yarpaqları 85 müalicəvi maddə ifraz edir ki, buda otağın havasını steril edir. Bu ağac vitamin küpüdür, bunun sayəsində yerləşdiyi otaqda olan bütün mikrobları məhv edir.

055688239bb1123cb277e41c7e8ce91c (600x600, 87Kb)



5. Rozmarin – otaq üçün faydalı bitkilərdən biridir. Bronxit, astma, tənəffüs orqanlarında problemi olan insanlar üçün bu ideal bitkidir.

 

-e1341261424390 (550x602, 144Kb)

Bütün bu bitkilər otağın havasını təmizləyir, havada olan toksinləri məhv edir, insanları daha sakit və xöşbəxt edirlər.

Фильтр
tapılıb 5 
Подтвердите
Для того, что бы добавить товар в список желаний, Вам нужно