Otaq bitkiləri
Çeşidləmək
На странице
6 AZN
Rozmarin bitkisinin adı iki latın sözünün bitləşməsindən əmələ gəlmişdir: «ros» və «marin», <dəniz şehi> kimi tərcümə olunur. Bitkinin vətəni aralıq dənizi bölgəsi hesab olunur - orada rozmarini sevgiyə, dostluqa və sədaqətə təcəssüm edən bitki kimi hesab edirdilər.
8 AZN
Günümüzdə maloçay bitkisi öz yöndəmsiz gözəlliyi ilə çox məşhur olmuşdur, və çox az bitki sevərlər bu yadelli bitki ilə öz pəncərəkənarlarını bəzəməmişlər.
9 AZN
Senpolianın (bənövşə) vətəni Afrika hesab olunur. Bənövşə Ananda - zəngin rənglərə sahib, möhtəşəm, yumşaq çiçəkli güldür. Biraz dalğalı ləçəklərdən ibarət gül qönçələri, demək olarki, fasiləsiz olaraq bütöv gül dəstəsini canlandıraraq çiçəklənir. Onlar tünd rəngli yarpaqlarla möhtəşəm harmoniya yaradırlar.
9 AZN
Aloe pəncərəkənarlarımızın daimi bitkisi olduğundan o, sanki evlərimizin interyeri ilə də birləşir. Hətta, sanki uşaqlar belə aloenin xeyirlərini bilir. Biz möcüzəli maz və ya krem axtardığımız zaman demək olarki çox zaman qarşımıza aloe tərkibli məhsullar çıxır. Otaq şəraitində bitkini biz ağac şəkilində yetişdirirk- əsasən bu növlər yüzilliklər adlanır.
10 AZN
Spatifillum - QADIN XOŞBƏXTLİYİ - rəvayətlərə görə bu bitki ailə həyatı qurmamış xanımlara yarını tapması, yarını tapanlara isə xoşbəxt ana olması üçün uğur gətirir. Spatifillumun çiçəkləri çox zərif və qadınca görünüşə malikdirlər - gözəl böyük bir yarpaq quya bənzəyən yumşaq gülün ətəyini əhatə edir.
Вариант:
Qırmızı
10 AZN
Kalanxoe- özündə iki vacib amili birləşdirən nadir bitkilərdəndir- o həm dekorativdir, həm də müalicəvidir. Bu qalın yarpaqlı bitki bizə isti yerdən, Madaqaskardan gəlib. Kalanxoe çox baxım tələb etməyən bir bitkidir, bəzi qaydaları bilməklə onu asanlıqla evdə yetişdirmək olar. Düzgün baxım qaydasıyla yaşıl bitki çox gözəl əsrarəngiz çiçəklər açır.
Вариант:
Qırmızı
10 AZN
Rozalar istilər vaxtı təmiz hava xoşlayırlar. Lazım gəldikdə kiçik dibçəkdən böyüyə əkilməlidir. Cənub və ya cənub-şərq pəncərə və balkonlara qoymaq məsləhətdir.
10 AZN
Bitkinin digər adları: ömür ağacı, otaq jenşeni, otaq həkimi. Kalanxoe- qalın gövdəli, ətli yarpağı olan çoxillik şirəli bir bitkidir. Onun müxtəlif növləri 7sm-dən 2m və daha çox hündürlüyə çata bilərlər. Kalonxoenin çiçəkləri adətən balaca zəng formalı olub, müxtəlif rəngdə olurlar: ağ, qırmızı və narıncı.
10 AZN
Inanmaq Çətin olsada təbiətdə suyu sevən, günəşdən qorxan və tikanı olmayan kaktuslar vardır. Bu bitkiləri dekabristlər və ya şlumberglər və ya zigokaktuslar adlandırırlar.
10 AZN
Xlorofitim-gülçülüyə başlayan biri üçün ideal bir bitkidir.O heçdə tələbkar bir bitki deyil.Bununla yanaşı o otaqdakı havanı təmizləyərək onu zəhərli maddələrdən azad edir.
12 AZN
Bu maraqlı sort, dairəvi, məxməri yarpaqlara sahibdir. Yuxarı hissədən aydın olaraq qırmızı zolaqlar, mərkəzdən və kənarlardan açıq-yaşıl ləkələr görünür. Yarpağın alt hissəsi moruq rəngli olub, açıq çəhrayı xətlidir. Vətəni: Mərkəzi və Cənubi Amerikanın bataqlıq meşələri.
14 AZN
Bu iki növ bitkinin birində birləşməsidir. Yaşıl kaktus həm özünü, həmdə onun üzərində yerləşmiş rəngli kaktusu qidalandırır. Onların hər ikisi eyni zamanda böyüyür. Bir neçə ildən sonra, yay aylarında yuxarıda yerləşən rəngli kaktus çiçək aça bilər. Bunun üçün bitki qış aylarında yetərincə dincəlməlidir.
15 AZN
Bitkinin boyu: 15-20 sm / İşıqlandırma: işıqlı
15 AZN
Exeveriya- çubuqsuz, çoxillik, balacaboy, "ətli" bir ot bitkisidir. Yarpaqlar çox qalın, spiral şəkilli, rozet formalı və yaşıldırlar. Bəzən yarpaqların ətrafında qırmızımtıl patina hiss etmək olar. Exeveriyanin müxtəlif növləri müxtəlif cür qoruyucu qapaqlara malikdir. Bu bitkini günəş şüalarından qoruyur.
15 AZN
Krasula və ya ''pul ağacı'' adlanan otaq bitkisi dekorativ yarpaqlı bitkilər kimi yetişdirilir.Onu el arasında evə ruziçpul gətirən bitki kimidə tanıyırlar.Mütəxəssislər bu bitkini evin cənub-şərq hissəsində yerləşdirməyi,pullu lent ilə bəzəməyi,dibçəyinə pul basdırmağı məsləhət görürlər.
Вариант:
bir rəngli
15 AZN
Çox çeşidli otaq bitkiləri arasında ön sıralarda olan fikusa diqqətinnizi cəlb etmək istəyərdim.Çox yaraşıqlı görünüşü qədər sadə olan bitki otaq bitkiləri arasında ən məşhur bitkilərdəndir.
16 AZN
Diffenbaxiya mühüm ekoloji xüsusiyyətə malikdir, beləki o, havanı benzol, ksilol və digər zərərli maddələrdən təmizləyən möhtəşəm bir filterdir. Əgər siz zavod və ya avtomagistrallara yaxın yaşayırsınızsa o zaman hökmən diffenbaxiya almalısınız, siz bu seçiminizdən peşman olmayacaqsınız. Diffenbaxiya özündə bütün il boyu eyni yaşıl 'kürk' geyinən bitkini təsvir edir. O, möhkəm və düz kök üzərində deyil, öz rəngində olan kol üzərində yetişir. Lakin əsas olan onun öz gözəlliyi və rəsmi ilə, sanki kiminsə boya ilə onun üzərində sarı-yaşıl nöqtələr və nisbətən açıq qırmızı rəng ilə xətt çəkmiş, insanı özünə valeh edən yarpaqlarının cəledici qalmasıdır. Diffenbaxiya uşaqlar üçün təhlükəlidir, çünkü o zəhərli şirəyə sahibdir(əsasən aroidlər ailəsinə xas olan növləri). Hətta böyüklərədə ziyan verə bilər: bədəndə allergiya yarada bilər və ya göz yaşarması və qızarmasına səbəb ola bilər. Buna görədə onu qonaq otağında və ya digər otaqlarda yerləşdirmək məsləhətlidir, lakin əsla uşaq otağında yerləşdirməyin.
16 AZN
Əgər siz gur yarpaqlı,möhtəşəm görünüşlü otaq bitkisi axtarırsınızsa o zaman şeflera bitkisinə müraciət edə bilərsiniz.Şeflera dekorativ yarpaqlı bitkidir.Onun yarpaqları adətən bir çətiri xatırladır.
18 AZN
Möhtəşəm və gözəl yarpaq rənglərinə görə, kroton və ya başqa adı ilə-kodieum, son zamanlar gül sevərlər arasında məşhur bitkiyə çevrilmişdir. Südverənlər ailəsinə aid olan kroton, 10dan çox növə malikdir. Beləki, onu həmdə kodieum adlandırırlar. Gülçülərin fikri krotonun yetişdirilməsində müxtəlifdir. Ehtiyatlı olun! Xəbərdarlıq etmək lazımdırki, krotonun malik olduğu südə bənzər şirə zəhərlidir. Buna görədə bu bitkiləri uşaq otaqlarında saxlamaq lazım deyildir. Bitkini əkərkən və təmizləyərkən əlcəkdən istifadə etmək lazımdır.
18 AZN
Sarmaşıq elə bir baxımı asan olan ev bitkisidirki, onu hətta bu işlə yeni məşğul olmağa başlayanlar və ya ona qulluq etməyə vaxt tapmayanlar evində yetişdirə bilər. Bununla yanaşı sarmaşıq çox səfalı bitkidir. O, otaqınızın divarında və ya şkafınızda gözəl görüntü verəcəkdir.
20 AZN
Qardeniya Rubiaceae ailəsinə xas olan kiçik bir bitkidir. Təbiətdə Yapon, Kitay və Hind meşələrində rast gəlinir. İyul ayından oktyabr ayınadək çiçəklənir, yaxşı baxım zamanı bitkinin balaca pöhrələri təmamilə qönçə və güllər ilə əhatə olunur. Onun iri, ağ və məxməri çiçəkləri qizilgülə çox bənzəyir və qoxusu ilə onunla yarışa bilər.
20 AZN
Otaq bitkisi olan azaliya çox dekorativ və gülçülərin sevdiyi bir bitkidir. Bu bitkini sadəcə gözəl görünüşünə görə deyil, həmçinin qış aylarında çiçəkləndiyi üçün sevirlər. Çünkü bütün otaq bitkiləri qış aylarında istirahət etməyə, güllərini tökməyə başladığından insanın gözü rəng-a-rənglik axtarır və bu zaman azaliya bizim köməyimizə gəlir. Buna görədə bitkiyə qış aylarında hədiyyə olaraq daha çox üstünlük verirlər.
20 AZN
Əgər siz gülçülük ilə məşqul olursunuzsa və ya sadəcə ofis interyerini,otaq və evlərinizi canlandıran gül seçmək istəyirsinizsə,bu zaman siz təkcə saydıqlarımızda deyil,həmçinin fito-dizaynda və əkinlərin yaşıllaşdırılmasında bir hit olan benjamin fikusunu seçməlisiniz.
21 AZN
Bu sadə lakin məşhur otaq bitkisi müxtəlif ölkələrdə "durna quyruğu", "ilan dərisi" və s. ləqəblər almışdır. Bu bitkinin dəyəri ondadırki siz onu 1-2 həftə ərzində yaddan çıxarsanızda o öz təravətini itirməz və məhv olmaz. Bu bitki həmçinin gül mövzulu interyerlərdə istifadə olunan bitkilərdəndir.
- 1
- 2